"Fırat Qalxanı" əməliyyatı İŞİD-ə qarşı savaşı çətinləşdirir
https://azeri.sahartv.ir/news/dünya-i232496-fırat_qalxanı_əməliyyatı_İŞİd_ə_qarşı_savaşı_çətinləşdirir
Mariya Zaxarova: Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatlara başlaması Rəqqədə İŞİD əleyhinə hərbi əməliyyatların başlanmasını təxirə salmış olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 01, 2016 08:31 Asia/Baku
  • Mariya Zaxarova
    Mariya Zaxarova

Mariya Zaxarova: Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatlara başlaması Rəqqədə İŞİD əleyhinə hərbi əməliyyatların başlanmasını təxirə salmış olub.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çərşənbə günü Moskvada jurnalistlərə verdiyi açıqlamada Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi hərbi əməliyyatlar barədə deyib: Türkiyənin hərbi əməliyyatlarına görə kürd yaraqlıları Rəqqənin azad edilməsi əməliyyatını təxirə salmalı olublar. 

Zaxarova həmçinin deyib: Kürd yaraqlıları öz qüvvələrini Türkiyənin hərbi əməliyyatlarına qarşı yönəltmək üçün hazırkı durumda  Rəqqənin azad edilməsi əməliyyatına başlamamaq qərarına gəliblər. 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü daha sonra Türkiyədən istəyib ki, vəziyyətin daha da mürəkkəb hal almasını önləmək üçün kürd yaraqlılarının mövqelərinə hücumlarını dayandırsın. 

Mariya Zaxarova həmçinin, Ankaranı rəsmi Dəməşq ilə ahəngdarlığın yaradılmasına dəvət edib və deyib: İstənilən ölkənin ərazisində aparılan hərbi əməliyyatlar həmin ölkənin hakimiyyəti ilə razılaşdırılmış qaydada aparılmalıdır.