Rusiya və Türkiyə müştərək fond və azad ticarət çərçivəsi təsis edir
-
Rusiya və Türkiyə müştərək fond və azad ticarət çərçivəsi təsis edir
Rusiyanın iqtisadi inkişaf naziri Rusiya ilə Türkiyə arasında müştərək investisiya fondunun yaradılmasından xəbər verib.
Ria Novostinin məlumatına görə, Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bazar günü deyib: Rusiya və Türkiyə tezliklə azad ticarət çərçivəsi anlaşmasını imzalayacaq və bu məsələ iki ölkə prezidenti tərəfindən də araşdırılmışdır.
Ulyukayev Rusiya və Türkiyənin orta müddətə iqtisadiyyat, elm və texnologiya sahələrində əməkdaşlıqların artırılması üzrə qərarına toxunaraq ümidvarlıq edib ki, bu proqram cari ilin sonuna qədər iki ölkənin iqtisadiyyat rəsmiləri tərəfindən təsdiqlənəcək.
İki ölkə arasında müştərək investisiya fondu layihəsinə toxunan rus nazirin sözlərinə görə, iqtisadi əməkdaşlıqların sadələşdirilməsi üçün Türkiyə qanunlarında dəyişikliklər edilib və yaxın gələcəkdə Rusiya və Türkiyənin birbaşa investisiya fondu yaradılacaq.
Qeyd edək ki, 2015-ci ildə Türkiyənin Suriya səmasında Rusiya qırıcı təyyarəsini vurması və bir pilotun terrorçular tərəfindən qətlə yetirilməsi ilə Ankara və Moskva əlaqələri gərginləşdi. Rusiya Türkiyənin bu hərəkəti və üzr istəməkdən çəkinməsinə reaksiya olaraq bu ölkə əleyhinə sanksiyalar tətbiq etdi.
Bir müddət öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvanın ön şərtinin icraçısı olaraq rus həmkarı Vladimir Putinə üzrxahlıq məktubu ünvanlayaraq iki ölkənin dayandırılmış əlaqələrinin yenidən bərpa olunması üçün müzakirələrin başlanmasına start verdi.