Hindistanın nəzarətində olan Kəşmirdə hökumət əleyhinə aksiyalar güclənib
Güclü təhlükəsizlik tədbirlərinə baxmayaraq, Kəşmirdə Hindistan hökuməti əleyhinə etirazlar davam edir.
Beynəlxalq Səhər Televiziyasının Ordu radio və televiziya kanalının yaydığı məlumata görə, dünən Hİndistanın nəzarəti altında olan Kəşmirdə hökumət əleyhinə etiraz aksiyaları zamanı 2 kəşmirli həlakolub, 118 nəfər yaralanıb.
Hindistanın təhlükəsizlik qüvvələri dünən bir daha kəşmirli aksiya iştirakçılarına qarşı döyüş mərmilərindən istifadə ediblər. Halbuki, Hindistanın daxili işlər naziri Racnat Sing Kəşmirə olan son səfəri zamanı artıq insanlara qarşı döyüş güllələrindən istifadə edilməyəcəyini bildirmişdi.
Digər tərəfdən Hürriyyət Konfransı təşkilatı bir bəyanat yayaraq, Hindistanın nəzarəti altında olan Kəşmirdə hökumət əleyhinə etirazların və aksiyaların 16 sentyabra kimi davam edəcəyini bildirib.