Sen 26, 2016 11:19 Asia/Baku
  • Pakistanda etiraz
    Pakistanda etiraz

Pakistanlı dini mədrəsə tələbələri bu ölkə hökumətinin şiələrlə bağlı davranışlarını və məhərrəm ayında əzadarlıq mərasimlərini məhdudlaşdırmaq qərarına gəlməsini tənqid ediblər.

PressTV-nin verdiyi məlumata görə, Pakistanın Sind əyalətindəki dini mədrəsə tələbələri "Əzadarlıq" toplantısında iştirak etmək üçün Karaçiyə toplaşıblar. 

Onlar Pakistan dövlətinə xəbərdarlıq edərək, bildiriblər ki,  İmam  Hüseyn(ə) üçün əzadarlıq dəstələrinin hərəkəti yolunda heç bir maneəyə dözməyəcəklər. Karaçi konfransında iştirak edən dini liderlər Pakistan dövlətinin müxtəlif bəhanələrlə İmam Hüseyn(ə)-a əzadarlıq mərasimlərini məhdudlaşdırmaq niyyətində olduğunu bəyan ediblər. Dini liderlər bu kimi mərasimlərin təşkil edilməsii öz haqları adlandırıb və bildiriblər ki, ötən illərdə olduğu kimi, bu il də əzadarlıq mərasimləri möhtəşəm qaydada qeyd olunacaq. Dini mədrəsə tələbələri Pakistan dövlətinə xəbərdarlıq edərək, bildiriblər ki, məhərrəmlik ayı mərasimlərinə məhdudiyyətlərin davam edəcəyi təqdirdə, onlar etiraz əlaməti olaraq "Zindanları doldurun" aksiyasına başlayacaqlar. 

Pakistanın Şiə Alimlər Şurasının sədri Şübeyr Mesma deyir: Məhərrəm ayının 9-u və 10-da insanların İmam Hüseyn(ə) üçün necə əzadarlıq etdiklərini izləməniz kifayət edər. Bu, əzadarlığı öz haqqı bilən İslam ümmətinin msələsidir. Yaxşı olar ki, siz bizim deyil, terrorçuların önünü kəsin.

Karaçi toplantısında iştirak edənlər həmçinin, Pakistan dövlətinin təhlükəsizliyin təmin edilməsi bəhanəsi ilə şiələrə qarşı məhdudiyyətlər tətbiq etməsini qınayıblr. Onlar, şiələrin Pakistanda terrorizmin ən böyük qurbanı olduğuna və indiyə kimi 85 000-dən çox şiənin terror edilməsinə işarə edərək, Pakistan dövlətinin terrorçulara deyil, məhz şiələrə qarşı məhdudlaşdırıcı tədbirlərə əl atmasını tənqid ediblər. 

Pakistanlı bir qız deyir: Pakistnın Konstitusiyası bizə azad qaydada əzadarlıq etmək haqqını verir. Amma, dövlət buna mane olmağa çalışır. Buna görə də, biz bura toplaşmışıq ki, söz və əzadarlıq azadlığı istədiyimizi fəryad edək. 

Teqlər