Sen 26, 2016 20:58 Asia/Baku
  • Hədiyə Xələf Abbas
    Hədiyə Xələf Abbas

Suriya Nümayəndələr Məclisinin sədri: Suriya kəşfiyyat idarəsi ABŞ-ın Deyrəzzurda Suriya ordusunun mövqelərini bombardman etməsindən öncə amerikalılar ilə İŞİD terrorçuları arasında baş tutan telefon danışığının yazısını əldə edib.

Xanım Hədiyə Xələf Abbas İran İslam Respublikası Quruluşunun Məsləhəti Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri Əli Əkbər Vilayəti ilə görüşdə deyib: Amerikalılar Deyrəzzura olan hava hücumundan öncə İŞİD ilə saxladıqları telefon əlaqəsində, "biz bombaladıqdan sonra siz də məntəqəni ələ keçirin" deyiblər və bu danışıq Suriya kəşfiyyatı tərəfindən dinlənilib. 

Xanım Hədiyə Xələf Abbas Vilayəti ilə görüşdə həmçinin deyib: İnqilab Rəhbəri, hökumət və xalq başda olmaqla İran İslam Respublikasına təşəkkür etmək istəyirəm. 

O, həmçinin deyib: Suriya prezidenti cənab Bəşşar Əsədin səmimi salamlarını İnqilab Rəhbərinə çatdırırıq. 

Suriyanın Nümayəndələr Məclisinin sədri Suriya xalqının mübarizəsi və müqavimətində İnqilab Rəhbərinin mövqeyinin əsas rola malik olduğunu da qeyd edib və deyib: İranın siyasi, hərbi və iqtisadi dəstəklərinə görə təşəkkür edirik. Çünki, bu dəstəklər olmasaydı, biz müqavimət göstərə bilməzdik. 

Hədiyə Abbas əlavə edib: Biz xalq və ordu olaraq, İranın himayəsi olmadan 80 ölkə qarşısında ölkəmizi müdafiə edə bilməzdik. 

O, həmçinin deyib: Onlar ən çirkin sima və cinayətkar rəftarlar ilə bizə qarşı vəhşicəsinə cinayətlər törədirlər. 

Hədiyə Abbas əlavə edib: Bizə qarşı iqtisadi sanksiyalar tətbiq etdikləri zaman bu bir terror hücumu deyilmi? Bizi beynəlxalq dairələrdə və beynəlxalq məkanlarda iştirakdan məhrum etmək terror deyilmi? 

Suriya Nümayəndələr Məclisinin sədri əlavə edib: Biz bura gəlmişik deyək ki, bizim terrorizm ilə savaşımız və müqavimətimiz həlledicidir. 

O, bu cinayətlərin vəhhabi təkfirçiləri tərəfindən törədildiyini deyərək, vurğulayıb: Bu cinayətlər Amerika, İsrail və Ərəbistan və Qətər başda olmaqla bəzi ərəb ölkələrinin rəhbərliyi ilə törədilir. 

Hədiyə Abbas deyib: Bu gün amerikalılar sadəcə terrorizmi himayə etmirlər. Onlar həm də bu terrorlarda iştirak edir və paya malikdirlər. 

O sonda deyib: Suriya ordusunun Deyrəzzurda bombardman edilməsi buna dəlalət edən ən güclü faktdır. Onlar bunun bir səhv olduğunu iddia edirlər. Amma, bunu hansı cahil insan qəbul edə bilər ki, bir məntəqənin üzərində 1 saatlıq uçuşun həyata keçirilməsi 80 əsgərin öldürülməsi və 100-dən artıq hərbçinin yaralanmasına səbəb olub.

Teqlər