ABŞ konqresinin nümayəndələr palatası da Obamanın vetosunun ləğvinə səs verdi
Amerikalı senatorların bu ölkə prezidentinin Ərəbistanın 11 sentyabr hadisəsində həlak olanların ailələrinə kompensasiya ödəməsi layihəsi haqdakı vetosunun ləğvinə səs vermələrindən bir saat sonra ABŞ konqresinin 348 nümayəndəsi bu layihəni dəstəkləyərək, Barak Obamanın hakimiyyəti dövründə ilk dəfə olaraq, onun vetosunun ləğvinə səs verdi.
IRNA-nın məlumatına görə, ABŞ senatı mayın 17-də Ərəbistan dövlətini 2001-ci il 11 sentyabr hücumu amillərinə maliyyə köməkləri və onda müdaxilədə ittiham edən bu hadisə üzrə xüsusi təhqiqat komitəsinin tapıntılarına istinadla bir layihə qəbul edərək, Səudiyyə dövlətini həmin hadisədə həlak olanların ailərinə kompensasiya və ya qan pulu ödəməyə icbar etdi.
ABŞ prezidenti Obama isə ötən cümə günü belə bir layihənin amerikalı diplomatların siyasi toxunulmazlıqları və milli təhlükəsizliklərini təhlükəyə salması kimi bir dəlillə bu ölkədəki iki əsas partiyanın nümayəndələrinin misli görünməmiş tərzdə dəstəyilə qəbul olunmuş bu layinəni veto etdi.
Çərşənbə günü Amerika senatı qısa bir yığıncaqda həmin layihə barədə yenidən səsvermə keçirdi və təkcə bir əleyhinə səs qarşılığında 97 səslə bir daha onu təsdiq etdi və Obamanın vetosunu onun səkkiz illlik prezidentliyi dövründə ilk dəfə olaraq, ləğv etdi.
ABŞ konqresinin nümayəndələr palatası da bu ölkə senatının səs verməsindən bir saat sonra bu layihə barədə yenidən səsvermə keçirdi və sonda 348 konqresmen onun lehinə səs verdi və beləliklə, həmin layihə qanuniləşdi və Obama qanuna əsasən, onu imzalamağa borcludur.