Okt 03, 2016 21:03 Asia/Baku
  • Amerikalı siyasətçilərinin Anti-islam hərəkətlərini pisləyən məktubu
    Amerikalı siyasətçilərinin Anti-islam hərəkətlərini pisləyən məktubu

ABŞ-ın yerli siyasətçilərindən ibarət 530 nəfər açıq məktub imzalayaraq mühacirlər və müsəlmanlara qarşı anti-islam hücumları pisləyiblər.

Rəsa informasiya agentliyinin verdiyi məlumata görə, ABŞ-ın yerli siyasətçiləri kampaniyası anti-islam hücumların artmasını pisləyərək bir açıq məktubda bu olayları pisləyib. 

Açıq məktubda deyilir: Heç vaxt ABŞ-da islamofobiya təzyiqləri qarşısında geri oturmayacağıq.

Məktubu imzalayanlar həmçinin bildiriblər ki, öz  mövqelərindən müsəlmanlara qarşı nifrətlə mübarizə üçün istifadə edəcəklər və yerli siyasət və qanunların dini və etnik azlıqların hüquqlarının təmini istiqamətində dəyişdirilməsi üçün səylərini davam etdirəcəklər. 

Nyu-York Timse-ın son hesabatına görə, ABŞ-da anti-islam cinayətlər 2015-ci ildən bəri 78 faiz artıb və ərəb müsəlmanlara qarşı hücumlar çoxluq təşkil edir. 

Teqlər