Ərəb Liqasının baş katibi: Suriya böhranının həllində beynəlxalq tərəflər məğlub oldular
-
Əhməd Əbülqeyz
Ərəb Liqasının baş katibi Suriya böhranının həllində uğursuzluğa görə beynəlxalq tərəfləri suçlayıb.
Əl-Hədəs televiziyasının məlumatına görə, Hələb şəhərinin vəziyyətinin araşdırılması üzrə Qahirədə Ərəb Liqasına üzv ölkələrin nümayəndələri səviyyəsində keçirilən fövqəladə icalsda Əhməd Əbülqeyz deyib: Ərəb Liqası Suriya böhranının həllində rola malik olmalıdır və bu böhran tam şəkildə onun həlli yolunu tapmaqda məğlubiyyətə uğrayan beynəlxalq tərəflərin ixtiyarında olması qəbulediləsi deyildir.
Əbülqeyz əlavə edib: Suriya böhranı mənfi nəticələri region ölkələri və xalqlarına təsir göstərən ərəb böhranıdır. Beynəlxalq tərəflər reallaşdırmaq imkanı mövcud olan həll yolu və ya razılaşmanı əldə etməkdə aciz olduqlarını sübut etdilər. Suriya böhranının həlli üçün ərəblərin rol oyanaması bu gün hər zamankından daha çox hiss olunur.