Suriya müharibəsi; Qərbin rəhbərliyi altında terrorçuların təcavüzü
-
Suriya müharibəsi
Siyasi analitik Suriya müharibəsini terrorçuların Qərb və müttəfiqlərinin rəhbərliyi altında Suriyaya təcavüzüdür.
PressTV-nin verdiyi məlumata görə, Maks İqan bu telekanala verdiyi müsahibədə Moskvanın Suriyada "S-300" zenit raket komplekslərinin yerləşdirilməsi üzrə qərarının ABŞ-ın etirazlarına səbəb olması barədə deyib: Rusiyanın belə bir qərara gəlməsinin səbəbi ABŞ-ın təhrikedici rəftarlarıdır. Yəni, Amerika o qədər irəliyə getdi ki, Rusiya indi müdafiə mövqeyi tutmağa məcbur olub. Suriyada Amerika və müttəfiqlərinin iddialarının əksinə olaraq heç bir mötədil müxalifət mövcud deyil. Əslində Suriyada daxili müharibə də yoxdur. Və heç vaxt belə bir savaş olmayıb. Əslində Suriyada baş verənlər bu ölkəyə gizli və kamuflyaj edilmiş bir təcavüz və işğalçılıqdır. Suriyadakı bütün terrorçu qruplaşmalar Amerika, Qərb, İsrail, Ərəbistan və digər maraqlı ölkələrin nəzarəti və rəhbərliyi altındadırlar. Hətta, əlimizdə olan məlumatlara görə, İsrail Suriyanın müəyyən hissələrini bu ölkədən qopardaraq, özünə birləşdirmək niyyətindədir.