Rusiya Aralıq dənizinin şərqinə növbəti hərbi gəmi göndərib
Okt 06, 2016 17:22 Asia/Baku
-
Rusiya Aralıq dənizinin şərqinə növbəti hərbi gəmi göndərib
Rusiyanın bir ədəd raket atan hərbi gəmisi bu gün Qara dənizin sahilində yerləşən Sevastopol liman şəhərindəki hərbi bazadan Suriyaya doğru hərəkət edib.
İSNA-nın verdiyi məlumata görə, Kruz Malaxit raketləri ilə təchiz edilmiş raket atan hərbi gəmi, başqa iki hərbi gəmi ilə bərabər gələn həftə çərşənbə günü aralıq dənizinə çatacaq.
Rusiya dünən bildirib ki, Aralıq dənizinin şərq sahillərinə doğru iki ədəd raket atan hərbi gəmi göndərib.