Tram və Klintonun 2-ci teledebatı
https://azeri.sahartv.ir/news/dünya-i239075-tram_və_klintonun_2_ci_teledebatı
ABŞ prezident seçkiləri namizədlərinin ikinci teledebatı Donald Tramp və Hillari Klintona qarşı əxlaq ifşaçılıqlarının kölgəsi altında keçirilib. Gözlənildiyi kimi, bu debatın əvvəlində Trampın qadınlar barəsində kobud açıqlamasının səs yazısı diqqət mərkəzində durub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 10, 2016 09:44 Asia/Baku
  • Tram və Klintonun 2-ci teledebatı
    Tram və Klintonun 2-ci teledebatı

ABŞ prezident seçkiləri namizədlərinin ikinci teledebatı Donald Tramp və Hillari Klintona qarşı əxlaq ifşaçılıqlarının kölgəsi altında keçirilib. Gözlənildiyi kimi, bu debatın əvvəlində Trampın qadınlar barəsində kobud açıqlamasının səs yazısı diqqət mərkəzində durub.

Tramp 11 il öncə dilə gətirdiyi kobud sözlər barədə yenidən üzr istəyərək Hillari Klintona doğru bu qəbildə hücumlara başlayıb və onun həyat yoldaşını 20 il öncə qadınları zorlama və təcavüzdə suçlayıb. Hillari Klinton bu məsələyə daxil olmaqdan çəkinib və bir daha Trampın prezidentliyi və Amerika Silahlı Qüvvələri Baş Komandanlığını üzərinə götürməsi səlahiyyətində olmadığını qeyd edib.
Qarşıda Tramp bir daha gizli dövlət elektron məktublarını göndərmək üçün şəxsi vasitələrdən istifadə etmək qarşılığında Klintonun yanlış davranışını diqqət mərkəzinə çəkib.

Əlbəttə Tramp və Klinton arasında ikinci teledebatda səhiyyə sığortaları, vergilər, milli təhlükəsizliyin təmini, xarici siyasət, İŞİD-lə mübarizənin formatı və Suriyanın gələcəyinə aid məsələlərə də yer ayrılıb. Aparıcılar və yaxud bəzi iştirakçıların sualları ilə davam etdirilən debatda prezidentliyə iki namizədin adətən təkrar sözləri və mövqeləri irəli sürülüb. Hər iki tərəf şəxsi potensiallarını qabartmaqla və rəqibin gücünü məchulluqla üzləşdirməklə qərarsız qalan vətəndaşları özünə tərəf çəkməyə çalışıb. Hal-hazırda bəzi qənaətlər budur ki, Amerikada səsvermə hüququna malik vətəndaşların 20% seçkilər günündə hansı namizədə səs verəcəyinə qərar verə bilməyib. Qeyd etmək yerinə düşər ki, həmin sayda Amerika vətəndaşının qərarı 8 noyabr seçkisinin taleyini həll edəcək. Əksəriyyətinin partiya tərəfdarı olmadığı qərarsız qalmış seçicilər üçün namizədlərin fərdi və şəxsiyyət qabiliyyətlərindən əlavə onların proqramları da əhəmiyyət kəsb edir. Bu arada Tramp ikinci debatda səs yazısı rüsvayçılığının aurasını zəiftlətmək məqsədilə əks-həmlədə Klintonun fərdi şəxsiyyəti və funksiyasını məchul vəziyyətlə üzləşdirməyə çalışıb.

Respublikaçıların bu debatdakı namizədi açıq-aşkar bildirib ki, əgər Amerika prezidenti olarsa, Klnitonu yalançılığa və dövlət sirlərini qorumaqda etdiyi səhlənkarlığa görə, həbsə atdıracaq. Amerikanın seçki və siyasi rəqabət şəraitində Trampın bu sözlərinin analoqu olmadığı bildirilir və böyük rezonansa səbəb olub. Bəziləri Trampı diktatorluğa meyllilikdə suçlayır.

Rəqibin şəxsiyyətinə hücum üçün Trampın strategiyası qarşısında Klinton səhiyyə sığortaları, vergilər, xarici siyasət və təhlükəsizlik kimi məsələlər barəsində öz proqramlarını bəyan etməklə məşğul olub. Əlbəttə Klinton Respublikaçıların namizədinin şəxsiyyəti və fərdi davranışlarına sərt hücumları ilə yadda qalıb. Bununla belə Klintonun diqqəti daha çox proqramlara yönəlib. Klinton illərlə siyasət səhnəsində olduğu təcrübələri ilə diqqətini detallar üzərinə toplayıb. Halbuki Tramp Amerikanın hazırkı hökumətinin proqramlarını inkar etmək və bu ölkə vətəndaşlarının vəziyyətini yaxşılaşdırmaq üçün makro öhdəlikləri söyləməklə kifayətlənib.

Hər halda, Amerikada və xaricdə on milyonlarla insanı gözü qarşısında Klinton və Trampın ikinci çəkişmə meydanı Birləşmiş Ştatların siyasət və seçki kampaniyasının analoqu olmayan şəkildə iltihablı və həyəcanlı olduğu anda sona çatıb.

10 gün sonra Tramp və Klinton üçüncü dəfə olaraq teledebatda iştirak edəcək.

Bəzi proqnozlara görə, bu zaman kəsiyində iki düşərgə tərəfindən daha sərt və çoxlu ifşaçılıqlar ola bilər. Bu da bu ölkədə rəqabət impulsunu daha da yüksəldəcək.