Haitidə "Metyu" qasırğasının qurbanlarının sayı 1000-ə çatdı
https://azeri.sahartv.ir/news/dünya-i239126-haitidə_metyu_qasırğasının_qurbanlarının_sayı_1000_ə_çatdı
Röyters bildirib ki, Haitidə "Metyu" qasırğasının qurbanlarının kütləvi dəfninə başlanılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 10, 2016 14:11 Asia/Baku
  • Haitidə \
    Haitidə \"Metyu\" qasırğas

Röyters bildirib ki, Haitidə "Metyu" qasırğasının qurbanlarının kütləvi dəfninə başlanılıb.

Karaib dənizi ətrafındakı ərazilərdə son 10 ilin ən güclü qasırğası hesab olunan " Metyu" qasırğası ötən çərşənbə axşamı günü saatda 230 km sürətlə bu yoxsul ölkədən keçərək minlərlə evi dağıtdı, bir çox yollar bağlandı və on minlərlə insan öz ev-eşiyini tərk etməli oldu. 

BMT-nin verdiyi məlumata görə, son qasırğadan sonra Haitidə bir milyon 400 min əhali humanitar yardımlara ehtiyaclıdır. 

Haitidə Metyu qasırğası o qədər güclu olmuşdur ki, paytaxtı ölkənin cənubuna qovuşduran yeganə əlaqə körpüsü dağılıb və telefon əlaqəsindən əlavə ölkənin iki hissəsi arasında fiziki əlaqə də kəsilib.