Okt 10, 2016 19:56 Asia/Baku
  • Qazprom Avstriyada Nord Stream 2 kəmərinin inşasını müzakirə edir
    Qazprom Avstriyada Nord Stream 2 kəmərinin inşasını müzakirə edir

Rusiyanın Qazprom şirkətinin icraçı müdiri Avstriya ilə Nord Stream 2 boru kəmərinin inşası barədə müzakirə aparıldığını bildirib.

İtartasın verdiyi məlumata görə, Qazprom şirkətinin icrasçı direktoru Aleksi Miler bu gün deyib: Bu şirkət sabah Avstriya ilə Nord Stream 2 qaz kəməri layihəsi barədə müzakirələri yenidən başlayacaq. 

Qazprom və onun avropalı ortaqları Engie, OMV, Şel Uniper və Vinterşal müştərək investisiya üçün Almaniya və Polşanın anti-monopoliya qaydalarını tənzimləyən təşkilatlarına müraciət etmişdilər. 

Bu müraciət Almaniya tərəfindən qəbul olunmuşdu, amma Polşanın anti-monopoliya qaydalarını tənzimləmə təşkilatının müxalifəti ilə üzləşmişdi, ona görə də həmin şirkətlər Polşada müştərək investisiya şirkəti yaratmaqdan vaz keçmişdilər. 

Nord Stream-2 Rusiyadan Almaniyaya Baltik dənizinin dibindən keçəcək illik 55 milyard kubmetr qaz nəqlinə qadir olacaq qaz boru kəmərindən ibarətdir, bu qaz kəməri indiki mövcud iki kəmərə əlavə olunacaq. 

 

Teqlər