Hindistanın nəzarəti altında olan Kəşmirdə əzadarlıq mərasimlərinin qadağan edilməsi etirazlarla qarşılanıb
Kəşmirin Azadlıq Konfransı Hindistan dövlətinin bu ölkənin nəzarəti altında olan Kəşmirdə müsəlman və şiə əhali tərəfindən Hüseyn(ə) əzadarlıqlarının keçirilməsinin qadağan edilməsini qınayıb.
İRİB-nin verdiyi məlumata görə, Kəşmirin Azadlıq Konfransının rəhbər üzvlərindən olan Mir Vaiz Ömər Faruq deyib: Hindistan hökuməti bu kimi anti-İslam hərəkətlər ilə Kəşmir əhalisini mübarizədən çəkindirə bilməz.
Hindistanın təhlükəsizlik qüvvələri Tasua və Aşura günlərində Kəşmir əhalisinə Hüseyn(ə) və Kərbəla şəhidləri üçün əzadarlıq icazəsi verməyiblər.
İmam Hüseyn(ə) aşiqləri bu qadağalara əhəmiyyət verməyərək, əzadarlıq mərasimlərini təşkil ediblər. Hİndistan polisi isə Hüseyn(ə) əzadarlarına hücum edərək, 70 nəfəri yaralayıb, çoxslu sayda insanı da saxlayıb. Kəşmirin tanınmış şiə alimlərindən Seyid İcar Hüseyn də saxlanılanlar arasındadır.
Ötən 3 ayda Kəşmirdə müsəlman əhali ilə Hindistan ordusu və təhlükəsizlik qüvvələri arasında çıxan toqquşmalarda 105 kəşmirli həyatını itirib, 12 000 nəfər isə yaralanıb və həbs edilib.
Kəşmirdə hökumət əleyhinə etirazlar və xalq əleyhinə repressiyalar Kəşmirin Mücahidlər Partiyasının rəhbəri Bürhan Vaninin Hindistan polisi tərəfindən öldürülməsinin ardınca başlanıb.