Venesuella prezidentinə dəstək aksiyası keçirilib
https://azeri.sahartv.ir/news/dünya-i242180-venesuella_prezidentinə_dəstək_aksiyası_keçirilib
Madoro tərəfdarlarından ibarət minlərlə adam paytaxt Karakasda aksiya keçirərək prezidenti dəstəklədiklərini bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 27, 2016 13:01 Asia/Baku
  • Venesuella bayrağı
    Venesuella bayrağı

Madoro tərəfdarlarından ibarət minlərlə adam paytaxt Karakasda aksiya keçirərək prezidenti dəstəklədiklərini bildiriblər.

Venesuellada prosesləriin rezident Madoro ilə müxalifət arasında qarşıdurmalara doğru getdiyi bir şəraitdə Karakas küçələrində minlərlə əhalinin iştirakı ilə prezidentə dəstək aksiyası keçirilib.

Prezidentin tərəfdarlarına görə müxaliflər qeyri-qanuni referendumun keçirilməsi ilə Madoroya qarşı dövlət çevrilişi həyata keçirmək niyyətindədirlər.

Aksiya iştirakçılarının əllərində daşıdıqları plakatlarda Madoroya dəstək şuarları yazılmışdır.