Kəşmirdə qara gün
Pakistanın nəzarətində olan Kəşmirin yüzlərlə sakini "qara gün" münasibəti ilə aksiya keçirərək Hindistanın nəzarətində olan Kəşmir əhalisini dəstəklədiklərini elan edib.
Səhərin urdudilli televiziyasının məlumatına görə, Pakistanın nəzarətində olan Kəşmirin yüzlərlə sakini aksiya keçirərək Hindistan təhlükəsizlik qüvvələrinin hücumları nəticəsində Hindistanın nəzarətində olan Kəşmir sakinlərinin qırğın edilməsini pisləyərək bu bölgədə zorakılıqlara son qoyulmasını istəyib.
Hindistanın nəzarətində olan Kəşmir əhalisi də bu bölgə sakinlərinin Hindistan təhlükəsizlik qüvvələri tərəfindən repressiya edilməsinə etiraz olaraq aksiya keçirib.
Hindistan polisi etirazları yatırmaq üçün gözyaşardıcı qazdan istifadə edib və polisin atəş açması nəticəsində bir qrup etirazçı yaralanıb.
Bu məlumata görə, bu gün Hindistan və Pakistanın nəzarətində olan Kəşmirdə "Qara Gün"dür.
Qeyd edək ki, 1947-ci il 27 oktyabrda Hindistan ordusu Kəşmirə daxil olub və ondan sonra kəşmirlilər hər il bu günü "Qara Gün" olaraq qeyd edir və Hindistan hökuməti əleyhinə aksiya keçirirlər.