Ukrayna müxalifləri atəşkəsi dəfələrlə pozmaqda suçlayıb
-
Ukrayna müxalifləri atəşkəsi dəfələrlə pozmaqda suçlayıb
Ukrayna ordusu ölkənin şərqindəki müxalifləri ötən sutka ərzində 54 dəfə atəşkəsi pozmaqda suçlayıb.
İSNA-nın məlumatına görə, Ukrayna ordusunun hərbi əməliyyat bölməsinin mətbuat mərkəzi bazar ertəsi günü bir bəyanatda bildirib: Ötən sutka ərzində Luqansk istiqamətində 5 dəfər və Maripol istiqamətində 31 dəfə atəşkəsin pozulması qeydə alınıb.
Bu mərkəz Facebookda yayımladığı bəyanatda bildirib: Ötən sutka ərzində Donbasda müxalif qüvvələr 54 dəfə Ukrayna müdafiəçilərinin mövqelərinə doğru atəş açıblar.
1 sentyabrda Donbasda yeni atəşkəs prosesi elan olunub. Bu bölgədə atəşkəsə dair razılaşma avqust ayında toqquşan tərəflər arasında Ukrayna təmas qrupunun iclasında imzalanıb.
Ukrayna, Donbasdakı müxaliflər, Rusiya və ATƏT-ə şamil olan Ukrayna təmas qrupu Belarus paytaxtı Minsk şəhərində bir neçə iclas təşkil edib ki, Ukraynanın şərqində silahlı toqquşma diplomatik yolla həllə səbəb olsun.
Kiyev 2014-cü ilin aprel ayında Ukraynanın cənub-şərqində müxaliflərlə mübarizə məqsədilə xüsusi hərbi əməliyyat keçirib.