Okt 31, 2016 20:18 Asia/Baku
  • Mərakeşdə etiraz
    Mərakeşdə etiraz

Mərakeşdə polisin müsadirə etdiyi balığı zibil maşınından çıxarmağa çalışan balıqsatanın həlak olmasına görə minlərlə mərakeşli ölkənin şəhər və qəsəbələrində etiraza qalxıb.

Ölkənin şimalındakı əl-Hoseyma şəhərində Muhsin Fikri adlı balıqsatanın başına gələn faciə sosial mediada qəzəb dalğası yaradıb.

Xəbər verilir ki bu hadisə 2010-cu ildə Tunisdə meyvəsatanın ölümünə etiraz olaraq alovlanmış Ərəb üsyanlarının başlanğıcını xatırladır.

Mərakeş kralı Məhəmməd rəsmilərə Fikrinin ailəsinə baş çəkməyi əmr edib.

Daxili İşlər və Ədliyyə nazirlikləri hadisənin dərin təhqiqatının aparılacağını vəd edib.

 Mərakeş üçün misli görünməmiş etirazları 20 Fevral hərəkatı təşkil edib.

Mərakeş mediasının yazdığına görə, Fikrinin satdığı qılıncbalıq ona görə polis tərəfindən müsadirə edilərək zibil maşının mişarı üzərinə atılmışdı ki, bu balığın ilin bu vaxtında ovlanması qadağan imiş.

 

Teqlər