İndoneziya müsəlmanları icra başçısına qarşı aksiya keçiriblər
-
İndoneziya - aksiya
İndoneziyada minlərlə müsəlman Cakarta icra başçısının Quranı təhqir etməsinə etiraz olaraq aksiya keçirib.
Keçirilməkdə olan aksiya 18 min polisin Cakartada yerləşdirilməsi və nümayişçilərə qarşı kobud davranışı nəticəsində qarşıdurmalara gətirib çıxarıb.
İndoneziya polisi Cakartada polis ilə nümayişçilər arasında baş verən toqquşmalarda bir nəfərin həlak olması 7 adamın yaralanmasından xəbər verib.
Cakarta icra başçısı təhqiramiz sözlərinə görə üzr istəyib amma nümayişçilər onun istefa verməsini istəyiblər.
İndoneziya qanunlarına görə hər hansı anti-islam bəyanat cinayət hesab olunur.
Çin əsilli xristian və İndoneziya prezidentinin müttəfiqlərindən olan Cakartanın icra başçısının bəyanatı 250 milyonluq əhaliyə malik olan bu ölkədə siyasi müxalifəti qıcıqlandırıb.
Paytaxt ilə eyni zamanda İndoneziyanın digər şəhərlərində də etiraz aksiyaları keçirilib.