Tramp: Amerikanı yenidən qurmalıyıq
https://azeri.sahartv.ir/news/dünya-i244469-tramp_amerikanı_yenidən_qurmalıyıq
ABŞ-ın yeni seçilən prezidenti Amerikanı yenidən qurmaq üçün dərhal təşəbbüs göstərilməli olduğunu deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 09, 2016 10:47 Asia/Baku
  • Donald Tramp
    Donald Tramp

ABŞ-ın yeni seçilən prezidenti Amerikanı yenidən qurmaq üçün dərhal təşəbbüs göstərilməli olduğunu deyib.

FoxNews-un verdiyi məlumata görə, respulikaçı Donald Tramp Nyu-Yorkdakı  seçki qərargahında çıxış edərək deyib: " Bəri başdan söylədiyim kimi bizim işimiz sadəcə seçki kampaniyası deyildi, əslində böyük və inanılmaz bir şənlik idi. Bu hərəkat ölkələrini dərindən sevən özləri və ailələri üçün daha yaxşı gələcək tələb edən milyonlarla çalışqan qadın və kişilərdən ibarətdir. Bu hərəkat fərqli irqlər, dinlər, inanclar və baxış tərzlərinə mənsub olan, Amerika dövlətini xalqın qulluğunda görmək istəyən Amerika vətəndaşlarından ibarətdir. Biz hamının əməkdaşlığı ilə ölkəmizin yenidən qurulması üçün, amerikan röyasını bərpa etmək üçün dərhal fəaliyyətə başlayacağıq. 

Hillari Klinton seçkilərdə məğlubiyyətini qəbul etsə də, demokratların CNN telekanalı Trampın qələbəsini çox böyük təxirlə elan etdi. 

Tramp təbliğat-təşviqat kampaniyasında açıq-aşkar bildirirdi ki, Əfqanıstan və İraq müharibələri səhv imiş və bu müharibələrin 6 trilyon dollarlıq xərcini Amerikada vergi verənlərin üzərinə yükləyənlər önün bədəlini ödəməlidirlər. 

Tramp dəfələrlə bildirdi ki, İŞİD-i demokratlar və Hillari Klinton yaratdı və o hakimiyyətə gələcəyi təqdirdə bu barədəki siyasətlərdə dəyişiklik edəcək. 

Amerikada çoxları Trampın bu iki siyasətini yəni İŞİD-in yaradılmasının eləcə də Əfqanıstan və İraq müharibələrinin səhv olduğu barədə fikirlərini bəyənmişdi.