Noy 09, 2016 16:22 Asia/Baku
  • Vladimir Putin
    Vladimir Putin

Rusiya prezidenti Moskva ilə Pekin arasında strateji əməkdaşlıqların genişləndirilməsinə təkid edərək deyib: Rusiya-Çin əməkdaşlıqlarının strukturu daha yeni sahələri də əhatə edir.

İRNA-nın verdiyi məlumata görə Vladimir Putin  dünən axşam Kreml sarayında Çinin baş naziri və onu müşayiət edən heyətlə görüşündə Moskva-Pekin əməkdaşlıqlarının bütün sahələrdə genişlənməsinə dəstək verdiyini bildirərək deyib: İki ölkənin yüksək səviyyəli rəsmiləri arasında təmaslar davam edir və bu da müxtəlif sahələrdə strateji əməkdaşlıqların genişləndirilməsi üçün qarşılıqlı maraqdan xəbər verir. 

Rusiya prezidentinin mətbuat xidmətindən bildirilib ki, Putin Moskva ilə Pekin arasında əlaqələrin hazırkı səviyyəsindən razı qaldığını bildirərək Rusiya və Çinin baş nazirlərinin Sankt Peterburqdakı görüşlərində 20-dən çox əməkdaşlıq sənədinin imzalandığını xatırladıb və bu hadisənin iki ölkə əlaqələrində əlamətdar olduğunu deyib. 

ABŞ və Avropa Birliyi tərəfindən sanksiyalara məruz qalan Rusiya Çin ilə regional və beynəlxalq mövqeləri birləşdirmək və müdafiə əməkdaşlıqlarını genişləndirməyi planlaşdırır. 

Teqlər