Qaçaqçılar Marseldə 30 nəfəri öldürüblər
Noy 11, 2016 12:27 Asia/Baku
Narkotik maddələr qaçaqçıları cari ilin əvvəlindən Fransanın Marsel şəhərində və ətraf məntəqələrdə 30 nəfəri qətlə yetiriblər.
Fransanın "TV5" telekanalının verdiyi məlumata görə, ötən gecə 31 yaşlı bir şəxs Marselin ətrafında bir boks zalından çıxarkən qətlə yetirilib.
Bu, Fransanın cənubunda yerləşən Buş Du Ron əyalətində törədilən 30-cu qətl hadisəsidir. Qətlə yetirilən şəxs baş və sinə nahiyəsindən ən azı iki güllə ilə vurularaq, qətlə yetirilib. Hadisənin ardınca, qətli törədən iki niqablı şəxs bir avtomobilə minərək, hadisə yerindən qaçıb.
Hadisənin forması, narkotik alverçiləri arasındakı şəxsi hesablaşmaya bənzəyir.