5-ci gündür anti-Tramp aksiyalar davam edir
-
5-ci gündür anti-Tramp aksiyalar davam edir
ABŞ-da prezident seçkilərinin nəticələrinə etiraz aksiyaları beşinci gün dalbadal davam edir.
Bu aksiyaların təşkilatçıları 2 min əhalinin aksiyalarda iştirak edəcəyini proqnozlaşdırsalar da, nümayişlər başlandıqdan sonra iştirakçıların sayı artaraq 10 min nəfərə çatıb.
Nümayişçilər Nyu-Yorkda Tramp qülləsi və restoranları ətrafında güclü təhlükəsizlik tədbirlərinə rəğmən öz aksiyalarını davam etdirir və səsləndirdikləri şuarlarda seçkilərin nəticələrinə qarşı çıxdıqlarını bildirirlər.
Amerikanın qərbində Kaliforniya ştatının müxtəlif bölgələri, o cümlədən Los-Anclesdə də öncəki gecə 200 nümayişçinin polis tərəfindən saxlanılmasına rəğmən etiraz aksiyaları davam edib.
ABŞ-da siyasi fəallar 20 yanvar Trampın prezidentlik dövrünün başlanması günü üçün planlar təqdim ediblər. Həmin planlara qadınların paytaxt Vaşinqtonda milyonluq aksiyası da daxildir.
Qadınların milyonluq aksiyası Tramp tərəfindən qadınlara qarşı hörmətsizliklərə reaksiya əlaməti olaraq təşkil ediləcək.