ABŞ-da aksiyaçılar: Seçkilər geriyə qayıdış idi
-
Seçkilər geriyə qayıdış idi
Amerikanın Nyu-York şəhərində siyasi sistemə və irqçiliyə qarşı etiraz edənlər bu ölkədə son prezident seçkilərinin geriyə atılan addım olduğunu bildiriblər.
CNN telekanalının verdiyi məlumata görə, ABŞ-da prezident seçkilərində Donald Trampın qələbəsinə qarşı etiraz aksiyası davam edib. Minlərlə adam Nyu-Yorkda birlik meydanından Tramp qülləsinədək 3 kilometrlik məsafəni yürüş keçirərək Trampın təşviqat kampaniyası tərəfindən nifrət yayılmasına qarşı çıxdıqlarını bildiriblər.
Nümayişçilərdən biri deyib: Bu böyük hadisədir, mən durumu dəyişmək üçün nə etməli olduğunu bilmirəm ancaq küçələrə axışaraq Trampın yaydığı nifrət, qəzəb və qorxunun ölkəmizdə özünü göstərməyəcəyindən əmin olmalıyıq.
Nyu-York nümayişlərində iştirak edən yeniyetmə qız aksiyaçıların hansı müraciətə malik olduqları barədə deyib: Biz bir yerə toplaşmışıq ki, bir cəmiyyətin üzvləri olaraq biri-birimizi dəstəkləyək, ona görə ki, bu böyük uduzmadır, bu seçkilər bizi geriyə atdı və dünyaya iddia etdiyimiz qədər inkişaf etmiş olmadığımızı göstərdi.