Amerika seçkilərdən sonra
Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ilə telefon əlaqəsi saxlayaraq, ifratçılıq və terrorizm ilə mübarizədə daha artıq əməkdaşlıq və ahəngdarlığa habelə, Suriya böhranı üçün siyasi həll yolunun tapılması zərurətinə təkid edib.
ABŞ-ın hazırkı prezidenti Barak Obama da dünənki çıxışında İran və 5+1 qrupu arasında əldə edilmiş nüvə anlaşmasının Trampın prezidentliyi dövründə iflasa uğrayacağına inanmadığını bildirib.
Digər tərəfdən Amerikada prezident seçkiləri ilə bağlı etirazların davam etdiyi bir şəraitdə Klintonların boşanması barədə yayılan xəbər vəziyyəti daha da mürəkkəbləşdirib.
İRİB-nin müxbiri:
Hillari və Bill Klintonların boşanması ilə bağlı yayılan xəbərlər bu günlər qaynar qazana dönmüş Amerikada hadisələrin daha da mürəkkəb hal almasına səbəb olub. Medialar Klintonların dərin ixtilaflara malik olduqlarını və bu üzdən boşandıqlarını elan edərək, bu barədə bir sənəd də yayımlayıblar. Amma, bu xəbər çox sürətlə təkzib edildi.
Bu arada hələ də tanınmış simalar ABŞ medialarında efirə çıxaraq, Donald Trampın prezident seçilməsinin səbəblərini araşdırmaqla məşğuldurlar.
Əlbəttə, kino filmlərini xatırladan reklam çarxları Reyqanda olduğu kimi Trampın da məşhurlaşmasında az rol oynamayıb.
İndi Tramp qülləsinin üzəri uçuşa qadağa zonası elan edilib. Heç kim onun gecələr rahat olub-olmadığından xəbərdar deyil. Amma, bir neçə saat öncə öz ofisinidə oturub, Putin ilə telefon söhbəti etdiyi zaman, onlarla şəhərdə seçkilər əleyhinə etirazlar davam edirdi.
Əlbəttə, artıq etirazların hədəfi sadəcə tramp deyil, ölkənin siyasi quruluşudur.
ABŞ vətəndaşı:
Bizi əsas problemimiz irqçilik və işsizlikdir.
İRİB-nin müxbiri:
Obama da seçkilərdən sonrakı ilk mətbuat konfransında hamını Trampa dəstək verməyə çağırdı.
İndi məlum olub ki, iki prezident arasındakı 90 dəqiqəlik danışıqlarda İranla nüvə anlaşması da müzakirə edilib.
Barak Obama – ABŞ prezidenti:
İranlılar nüvə anlaşmasına əməl ediblər. Bu sadəcə mənim nəzərim deyil. İsrailin hərbi və siyasi rəsmiləri də bunu təsdiq edirlər. İnanıram ki, Tramp da hakimiyyətə gəldikdən sonra Konqresdə respublikaçı nümayəndələr ilə götür-qoy etdiyi zaman başa düşəcəklər ki, bu anlaşmanın ləğvi, nüvə silahı əldə etməsi üçün İranın əlini açıq qoymuş olacaq. Digər tərəfdən bu sadəcə bizimlə İran arasında olan bir anlaşma deyil. Bunun üçün biz Avropa, Çin və Rusiyanı da razı salmaq lazım gələcək. Çünki, onlar da bu anlaşmanın digər tərəfləridirlər.
İRİB-nin müxbiri:
Maraqlıdır ki, Trampın müşavirləri, hətta bəzi senatorlar və mediaların nüvə anlaşmasının taleyi barədə geniş bəhs etmələrinə rəğmən, Trampın özü hələ də bu barədə heç bir fikir bildirməyib.