Noy 16, 2016 17:11 Asia/Baku
  • ABŞ-ın Liviyaya hücumunda 7 nəfər ölüb
    ABŞ-ın Liviyaya hücumunda 7 nəfər ölüb

ABŞ-ın Liviyanın cənub-qərbində yerləşən Səbha şəhərinə qarşı hava hücumlarında 7 nəfər ölüb.

Əl-Məyadin televiziya kanalının verdiyi məlumata görə, Amerika  hərbi təyyarələrinini Səbha şəhərinə qarşı hücumunda həm də 7 ev dağıdılıb. 

Liviyanın Əttəzamon informasiya agentliyinin verdiyi məlumata görə, hücumun əsas hədəfi yaraqlı qrupdan olan Əbdürrəhman Belhac Həsnavi imiş, ancaq o ölməyib. 

Liiyada yaraqlı qrupların İŞİD və yaxud Əl-Qaidə terror təşkilatlarına bağlılığı barədə təzadlı məlumatlar yayılır. 

Amerika Liviyada yaraqlı qrupları hədəfə aldığını iddia edir. 

İŞİD kimi terror qruplarının Liviyada, Bokoharam və Əşşəbabın Somalidə və Əl-Qaidənin tabeliyində olan daha kiçik qrupların digər Afrika ölkələrində fəaliyyətinin genişlənməsini nəzərə alaraq, ABŞ mübarizə adı altında Afrikada onlarla hərbçi və pilotsuz təyyarələr yerləşdirmək istəyir. 

Halbuki Amerikanın Əfqanıstan və İraqa qarşı hücumları Asiyanın qərbində terrorizmin genişlənməsinə səbəb olub. 

Amerika Afrikada "AFRİCOM" adlı hərbi qərargah yaradıb. 

Teqlər