Kəşmirin Kargil məntəqəsinin müsəlmanları sionist rejim bayrağını yandırıblar
Hindistanın nəzarətində olan Kəşmirin Kargil məntəqəsinin əhalisindən yüzlərlə nəfər dünən sionist rejimə qarşı aksiya keçirərək, bu rejimin bayrağını yandırıbdır.
IRNA-nın məlumatına görə, sionist rejim başçısının Hindistana səfərinə qarşı yönəlmiş aksiya Kargil şəhərinin əsas bazarından başlanıb. Aksiyaçılar "İsrailə ölüm!", "Cani, Hindistandan itil, get!", "Uşaqların qatilinə Hindistanda yer yoxdur!" kimi şüarlar veriblər.
Molana Kərbəlayi Əsğər Kargili bu aksiyada deyib: Camu və Kəşmir müsəlmanları sionist rejim başçısının Hindistana səfərindən olduqca əsəbidirlər. O, söyləyib: Müsəlmanlar özlərinin bütün imkan və güclərindən istifadə edərək, sionist rejimin günahsız Fələstin xalqına qarşı cinayətlərinin davam etməsinə mane olmalıdırlar.
Kargildə İmam Xomeyni(r.ə.)-in Xatirəsi Müəssisəsinin direktoru Şeyx Həsən Lutfi də bu mərasimdə deyib ki, müsəlmanlar bir səslə və müttəfiq şəkildə Qəzzədə Fələstin xalqının qırğın edilməsinin davam etməsinə mane olmalıdırlar.
O, bildirib ki, Hindistanın cinayətkar sionist rejim başçısını qarşılaması təəssüf doğurur.
Qeyd edək ki, Hindistan müsəlmanları ötən bir neçə gündə sionist rejim başçısının Yeni-Dehliyə səfərilə bir vaxtda aksiyalar keçirərək, bu səfərə qarşı çıxdıqlarını vurğulayıblar.