Noy 21, 2016 13:38 Asia/Baku
  • Miyanma dövləti müsəlmanların evlərini dağıdıb
    Miyanma dövləti müsəlmanların evlərini dağıdıb

İnsan haqları gözətçiləri bu gün peyk görüntülərini analiz edərək bildiriblər ki, Miyanmanın şimal qərb kəndlərində Ruhingiya müsəlmanlarına aid olan mindən çox ev yerlə yeksan edilib.

İRNA-nın verdiyi məlumata görə, Miyanma dövləti ötən ay 9 nəfərin ölümü ilə nəticələnən Banqladeş sərhəddində polis qərargahına edilən hücumdan sonra Ruhingiya müsəlmanlarının evlərini dağıdıb. 

Bölgənin kənd ərazilərinə qarşı təhlükəsizlik qüvvələriinin vertolyot vasitəsi ilə həyata keçirdikləri hücumlar nəticəsində onlarla sakinin öldürülməsindən sonra BMT-nin hesabatına görə ən azı 30 min insan öz ev-eşiyindən didərgin düşüb. 

Miyanmanın dövlət medialarının bildirdiklərinə görə son 6 həftə ərzində təhlükəsizlik qüvvələrinin hücumları nəticəsində 70-dən çox insan həlak olub 400 nəfər saxlanılıb. Hüquq müdafiəçiləri isə bu rəqəmlərin daha böyük olduğunu deyirlər. 

Uzun zamandır Miyanma dövləti tərəfindən əziyyətlərə məruz qalan Ruhingiya müsəlmanlarından yüzlərlə nəfər düçar olduqları dözülməz durumdan qurtarmaq üçün Banqladeşə qaçmağa cəhd göstəriblər. Ruhingiyalı fəallar dövlət qüvvələrini müsəlmanları qırğın etməkdə, onların qadınlarına təcavüz etməkdə və evlərini yandırıb, dağıtmaqda ittihamlandırırlar. Miyanma dövləti isə bu ittihamların araşdırılması üçün beynəlxalq qurumlara fəaliyyət izni vermir. 

Teqlər