Myanmada müsəlmanlara qarşı etnik təmizləmə siyasəti aparılır
-
Myanmada müsəlmanlara qarşı etnik təmizləmə siyasəti aparılır
Birləşmiş Millətlər Təşkilatının didərginlər agentliyinin sədri deyib: Myanma ordusu Ruhingiya müsəlmanlarının etnik təmizləmə əməliyyatında məsuliyyət daşıyır.
İRİB-nin verdiyi məlumata BMT-nin didərginlər üzrə agentliyinin rəhbəri Con Mak Kisik deyib: Miyanma rəhbərliyi və ordusu Ruhingiya müsəlmanlarını ölkəni tərk etmək məcburiyyətində qoyurlar.
Beynəlxalq Amnistiya Təşkilatı da Banqladeşi bu ölkəyə qaçan Ruhingiya müsəlmanlarına qarşı güc tətbiq edərək onları Miyanmaya qaytarmaq cəhdlərində ittiham edib.
Deyilənlərə görə, yarım milyon Ruhingiya müsəlmanı Banqladeşdə qanunsuz olaraq yaşayır.
Myanma dövləti ölkə əhalisinin 1.3 milyonunu təşkil edən Ruhingiya müsəlmanlarının vətəndaşlıq hüququnu tanımır, onları qeyri-qanuni mühacir hesab edir.
Son 4 ildə Myanma müsəlmanları ordu tərəfindən geniş repressiyalara məruz qalsa da Myanma hərbçilərinə qarşı silahlı hərəkətə keçməmişdir.
BMT iyun ayının sonlarında bir hesabat yayaraq bildirdi ki, Myanmada Ruhingiya müsəlmanlarına qarşı təkrar cinayətlər bəşəriyyətə qarşı cinayət hesab edilə bilər.