BMT TŞ-də Şimali Koreyaya qarşı yeni sanksiyalar
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, "Şimali Koreyaya qarşı yeni sanksiya qətnaməsi"-nin səsə qoyulması vaxtını elan edib.
AsseoşieytedPress-in verdiyi məlumata görə, BMT TŞ Şimali Koreyanın beşinci nüvə sınağına reaksiya əlaməti olaraq sabah Ş.Koreyaya qarşı yeni sanksiyalar qətnaməsinin ilkin yazısını səsə qoyacaq. Bu qətnamə Ş.Koreyanın Çinə daş kömür ixracatını məhdudlaşdırmağı nəzərə alır.
Sözü gedən qətnamənin qəbul ediləcəyi təqdirdə Ş,Koreyanın ən əsas gəlir mənbəyi olan Çinə daş kömür ixracatından əldə olunan vəsait 62 faiz azalmanın şahidi ola bilər.
Yeni qətnamənin ilkin yazısında deyilir ki yeni sanksiyalar Ş.Koreyanın 9 sentyabrda həyata keçirdiyi nüvə sınaqlarına cavabdır.
Cari milad ilində 2 dəfə nüvə sınağı həyata keçirən, bir ədəd də uzaq məsafəli raketi sınaqdan çıxaran Ş.Koreya mart ayından bəri BMT TŞ-nin qəbul etdiyi qətnaməyə görə, son 20 ildə ən sərt sanksiyaların şahidi olub.
Ş.Koreya 2006,2009 və 2013-cü illərdə də nüvə sınaqları həyata keçirmişdi . Bu ölkənin nüvə sınaqları müxtəlif ölkələr və BMT-nin kəskin reaksiyası ilə üzləşdi. Ş.Koreya bir bəyanat yayaraq bildirdi ki, özünün nüvə sınaqlarını Amerikanın Pxenyana qarşı düşmən siyasətlərinə reaksiyada həyata keçirir.