100 mindən çox afrikalı didərgin Yəmənə daxil olub
https://azeri.sahartv.ir/news/dünya-i248081-100_mindən_çox_afrikalı_didərgin_yəmənə_daxil_olub
100 mindən çox afrikalı didərgin Ədən körfəzini keçərək Yəmənə daxil olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 30, 2016 07:07 Asia/Baku
  • 100 mindən çox afrikalı didərgin Yəmənə daxil olub
    100 mindən çox afrikalı didərgin Yəmənə daxil olub

100 mindən çox afrikalı didərgin Ədən körfəzini keçərək Yəmənə daxil olub.

FransPress-in verdiyi məlumata görə, BMT-nin didərginlər üzrə ali komisarlığının sözçüsü Uilyam Spindler dünən deyib: Yəməndə toqquşmalara və insani böhrana baxmayaraq 2016-cı ildə 100 mindən çox afrikalı miqrant bu ölkəyə daxil olub. 

Komisarlıq sözçüsü Yəmənə sığınan afrikalı didərginlərin sayının artmasına toxunaraq deyib: Didərginlər qayıqlara minərək Ədən körfəzini keçir və özlərini Yəmənə çatdırırlar, indiyədək onlardan 79 nəfəri dənizlərdə həlak olub. 

Uilyam Spindler deyib: Afrikadan Yəmənə gələn miqrantlar müxtəlif işgəncələr, zorakılıqlar və sui-istifadələrə məruz qalırlar. 

Səudiyyə Ərəbistanı 20 aydan çoxdur bəzi ərəb ölkələri ilə birlikdə və qərbin dəstəyi ilə Yəmənə qarşı geniş hücumlara başlayıb. 

Səudiyyə Ərəbistanının Yəmənə hava hücumlarında 2015-ci il mart ayının 26-dan başlayan hava hücumlarında 10 mindən çox yəmənli həlak olub.