Noy 30, 2016 17:37 Asia/Baku
  • ABŞ-da minimum maaşın artırılması üçün aksiya keçirilib
    ABŞ-da minimum maaşın artırılması üçün aksiya keçirilib

ABŞ-da minlərlə nəfər saatlıq 15 dollar minimum maaşın artırılmasının tələb olunması istiqamətində aksiya keçirib və bu etirazlar bu ölkədə iqtisadi davamsızlığın artmasının meyarıdır.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, restoranlar, aeroportların podratçı şirkətlərinin işçiləri və taksi sürücülərindən ibarət etirazçılar çərşənbə axşamı günü Wall Street prospekti yaxınlığında "15 dollar üçün mübarizə" hərəkatı adı ilə toplaşıblar.

Etirazçılar qısa müddətə məşhur Broadway şose yolunu bağlayıb və sonra polis eaksiyanı dağıdıb və təxminən 20 nəfəri saxlayıb.

Digər aksiyalar Çikaqo, Los-Anceles, Fort Lodrdal və Floridada keçirilib. Səhiyyə və sağlamlıq və mənzillərin xidmətləri kimi bir çox sahələrin işçiləri bu aksiyalarda iştirak ediblər.

"15 dollar üçün mübarizə" hərəkatı Amerikada Fastfood sektorunda 2012-ci ildə minimum maaşın artırılması məqsədilə başlanıb və digər sahələrə genişlənib.

Bu hərəkat bundan öncə Amerikanın bəzi ştatları,o cümlədən Nyu-Yorkda bəzi sahələrdə minimum maaşın tədricən artırılmasına nail olmuşdur.

Teqlər