Dek 05, 2016 10:17 Asia/Baku
  • Amerikanın Oklend məntəqəsindəki yanğında 33 nəfər həlak olub
    Amerikanın Oklend məntəqəsindəki yanğında 33 nəfər həlak olub

Amerikanın Kaliforniya ştatının Oklend məntəqəsinin polisi bu məntəqədə baş vermiş dəhşətli yanğında həlak olanların sayının 33-ə qalxmasından xəbər verib.

Frans-Press-in məlumatına görə,   Rey Kelli bir mətbuat konfransında deyib: Həlak olanların sayı 33 nəfərə çatıbdır. İndiyədək binaların təkcə 35-40 faizi təmizlənib. Bundan öncə həmin yanğında həlak olanların sayı 30 nəfər elan olunmuşdu.

Hələlik səbəbi məlum olmayan bu yanğın, musiqi studiyasına çevrilmiş bir anbarda baş verib. Hadisə zamanı bu studiyada konsert icra edilirmiş.

Binanın damı tamamilə uçaraq, cəsədlərin axtarışı əməliyyatının yavaşımasına səbəb olubdur.

Teqlər