Dek 08, 2016 14:16 Asia/Baku
  • İstanbul prokuroruna qarşı uğursuz terror

İstanbul prokuroru Evliya Çalışkan dünən gecə Sultanqazı məntəqəsində naməlum silahlı şəxslər tərəfindən hücuma məruz edilib.

IRNA xəbər verir ki, bu hücumda İstanbul prokurorunun avtomobilinə üç güllə atılıb, lakin ona zərər dəyməyibdir.

Çalışkan öz iş fəaliyyətində erməni jurnalist Herant Dinkin terror olunması və Türkiyə Kəşfiyyat və Təhlükəsizlik Təşkilatı-MİT vasitəsilə Suriyadakı terrorçulara silahın ötürülməsini ifşa edənlərin cəzalandırılmaları kimi mühüm işlərə malikdir.

"Cümhuriyyət" qəzetiin baş redaktoru Can Dündar və bu qəzetin Ankaradakı ofisinin müdiri Ərdəm Gül Türkiyə Kəşfiyyat və Təhlükəsizlik Təşkilatı-MİT-in ixtiyarında olan yük maşınları vasitəsilə Suriyadakı terror qruplarına silah və sursatların ötürülməsini ifşa edən videonu yaydıqları üçün ömürlük həbsə məhkum ediliblər.

Teqlər