İngiltərə polisinin rüsvayçı hərəkətləri
Bir təftiş qrupunun təhqiqatlarının nəticələri göstərir ki, İngiltərənin polis zabitləri ixtiyarlarında olan məhbuslardan cinsi sui-istifadə ediblər.
İndipendent qəzetinin məlumatına görə, İngiltərə baş naziri Terzaminin istəyi ilə İngiltərə dövlət təftiş heyəti tərəfindən aparılmış bu təhqiqatlar göstərir ki, ötən iki ildə polis qüvvələrinin məhbuslardan cinsi sui-istifadə etmələri üzrə 400-dən çox hal baş veribdir.
Dövlət müfəttişi Mayk Kaninqham polis qüvvələrinin məhbuslardan cinsi sui-istifadə etmələri hallarının göstərilən rəqəmlərdən daha çox olduğunu bildirib.
İngiltərə dövlət təftiş heyətinin statistikalarına görə, 306 zabit, 20 təhlükəsizlik qüvvəsi və 8 polis işçisinə şamil olan 334 polis qüvvəsi məhbuslardan sui-istifadə üzrə əsas günahkarlar olublar.
Öz məhkəmə işlərində narkotik maddələrdən və ya spirtli içkilərdən istifadə günahına malik olan məhbuslar İngiltərə polsinin qurbanlarındandırlar.
İngiltərədə polis qüvvələrinin məhbuslardan cinsi sui-istifadə etmələri hallarının elan olunması elə bir haldadır ki, son zamanlar beş ingilis futbolçu da ifşa etdi ki, uşaq və yeniyetmə olarkən öz məşqçiləri tərəfindən cinsi təcavüzə məruz qalıbdır.