Tramp: İlk prioritetimiz Amerikadır
https://azeri.sahartv.ir/news/dünya-i249986-tramp_İlk_prioritetimiz_amerikadır
ABŞ-ın seçilmiş prezidenti Donald Tramp prezident seçkilərində qələbə çalmasında həlledici rəyə malik olan ştatlara səfər proqramının sonunda tərəfdarları qarşısında etdiyi çıxışı zamanı Amerikanın bayrağının yandırılmasından narahatlıq ifadə edərək, Vaşinqtonun destruktuv müdaxilələrini və dünya ölkələriində xaosa nədən olmasını etiraf edib və deyib: Bundan sonra Amerika bizim başlıca prioritetimiz olacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 09, 2016 09:19 Asia/Baku
  • Tramp: İlk prioritetimiz Amerikadır
    Tramp: İlk prioritetimiz Amerikadır

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp prezident seçkilərində qələbə çalmasında həlledici rəyə malik olan ştatlara səfər proqramının sonunda tərəfdarları qarşısında etdiyi çıxışı zamanı Amerikanın bayrağının yandırılmasından narahatlıq ifadə edərək, Vaşinqtonun destruktuv müdaxilələrini və dünya ölkələriində xaosa nədən olmasını etiraf edib və deyib: Bundan sonra Amerika bizim başlıca prioritetimiz olacaq.

Donald Tramp deyib: "Biz bayrağımızın yandırılmasını və ya ayaqlar altına atılıb, tapdalanmasını qəbul edə bilmərik. Gələcəkdə bu kimi hallara qarşı qərarlar qəbul edəcəyik."

Tramp əlavə edib: "Mən buradan elan edirəm ki, orduda xidmət edən bütün kişilər və qadınlar lazımi himayələrə, dəstəklərə, təlim kurslarına və qaynaqlara malik olacaqlar. Təqaüddə olan hərbçilərimizin özəl həkimləri olmalıdır. Onlar həkimə müraciət etmək üçün həftələrlə növbələrinin çatmasını gözləməməlidirlər. Bundan sonra Amerika bizim birinci prioritetimiz olacaq. Biz, barəsində heç bir şey bilmədiyimiz xarici rejimləri devirməyə artıq son verəcəyik. Bunun müqabilində bizim məqsədimiz terrorizm ilə mübarizə və İŞİD-in köklərini qurutmaq olmalıdır. Bu yolda bizim ilə eyni fikirə malik olan ölkələr, bu missiyanın yerinə yetirilməsində müttəfiqimiz sayılacaq. Biz dostluq əlaqələrini gücləndirəcəyik və yeni dostluq münasibətlərinin yaradılmasına çalışacağıq. Biz tarixdən dərs alaraq, dünyanın hər bir yerində sabitliyin bərqərar edilməsini və ölkəmizdə sabitliyin möhkəmləndirilməsini istəyirik. Destruktiv müdaxilələrə və xaosların yaradılmasına son vermək lazımdır. Biz artıq bəzi ölkələrin bizim imkanlarımızdan öz maraqları üçün istifadə etmələrini, bizdən öz xeyrlərinə yararlanmalarını istəmirik. Biz ağıllı insanlar olmaq istəyirik. Biz, ötən illərdə olduğu kimi olmaq istəmirik. Biz ordumuzu gücləndirəcəyik. Amma, təcavüzkarlıq üçün yox, təcavüzləri və hücumları önləmək üçün. "