Dek 10, 2016 12:54 Asia/Baku
  • ABŞ prezidenti prezident seçkilərinin sağlamlığının araşdırılması barədə göstəriş verib

Amerika prezidenti Barak Obama bu ölkənin kəşfiyyat agentliklərinə göstəriş veribdir ki, xarici ünsürlərin ötən ay bu ölkədə keçirilmiş prezident seçkilərində əllərinin olması və kiber hücumları barədə hesabat təqdim etsinlər.

IRNA-nın məlumatına görə, Amerika prezidentinin daxili təhlükəsizlik məsələləri üzrə müşaviri Liza Monako dünən bu xəbəri verərək, əlavə edib: Kəşfiyyat agentlikləri qeyd olunan hesabatı Obamanın prezidentlik dövrü başa çatmazdan öncə təhvil verməlidirlər.

Liza Monako vurğulayıb ki, bu hesabatın nəticələri hamının nəzərinə çatdırılacaq.

Obamanın müşaviri deyib: Kiber hücumları yeni bir məsələ deyil, amma ola bilsin, bu hücumlar builki Amerika prezident seçkilərində yeni bir metodla edilmiş olsun.

ABŞ hökuməti oktyabr ayında Rusiyanı ümumi fikirə təsir göstərmək məqsədilə demokrat partiyasının orqanlarına qarşı kiber hücumları hazırlamaqda ittiham etmişdi.

Həmçinin Amerikada Yaşıllar Partiyasının nümayəndəsi Cil Steynin xahişi ilə ABŞ prezident seçkiləri səslərinin Viskansin və Miçiqan ştatlarında yenidən sayılması ötən günlərdən başlanıbdır.

Cil Steyn Pensilvaniyada səslərin qeydiyyatı üzrə maşınların bəzilərinin köhnə və hakerlər qarşısında kövrək olduqlarını vurğulayaraq, Amerika Federal Məhkməsinə bu ştatdakı səslərin də yenidən sayılması barədə ərizə veribdir.

Donald Trampın noyabrın səkkizində keçirilmiş ABŞ prezident seçkilərində qalib gəlməsindən bəri bu ölkənin müxtəlif nöqtələri seçkilərin nəticələrinə və seçilmiş prezidentin elan olunmuş siyasətlərinə qarşı xalq etirazlarının şahididir.

Teqlər