Bliks: Avropa nüvə anlaşmasının ləğvinə icazə verməyəcək
Dek 11, 2016 13:03 Asia/Baku
-
Bliks: Avropa nüvə anlaşmasının ləğvinə icazə verməyəcək
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin sabiq baş direktoru Avropanın Amerikaya nüvə anlaşmasını ləğv etmək icazəsi verməyəcəyini deyib.
İRİB-nin verdiyi məlumata görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin sabiq baş direktoru Hans Bliks deyib: Əgər ABŞ-ın yeni hökuməti nüvə anlaşmasını ləğv etmək istəyərsə, beynəlxalq əlaqələrdə bir faciə baş verəcək.
H.Bliks həmçinin deyib: ABŞ dərk etməlidir ki, İrana qarşı birtərəfli qaydada sanksiyalar tətbiq etmək qərarına gələrsə, başqaları onunla əməkdaşlıq etməyəcəklər.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp seçkiöncəsi təbliğat və təşviqat kampansiyası zamanı dəfələrlə İran ilə 5+1 qrupu arasında əldə edilmiş nüvə anlaşmasını pis anlaşma adlandıraraq, onu ləğv edəcəyini demişdi.