Dek 16, 2016 17:42 Asia/Baku
  • Moskva və Tokio münaqişəli Kurill adaları barədə razılığa gəlib
    Moskva və Tokio münaqişəli Kurill adaları barədə razılığa gəlib

Rusiya prezidenti və Yaponiya baş naziri münaqişəli Kurill adaları haqda iki ölkənin müştərək iqtisadi addımları barədə razılığa gəliblər.

Yaponiyanın NHK telekanalının məlumatına görə, Rusiya prezidenti Vladimir Putin və Yaponiya baş naziri Şinzo Abe paytaxt Tokioda keçirilən iclasda münaqişəli 4 Kuril adasında müştərək iqtisadi addımlar barədə müzakirələrin başlanması üzrə razılığa gəliblər. 

Məlumata görə, Rusiya və Yaponiya rəsmiləri balıqçılıq, turizm, səhiyyə və ətraf mühit kimi məsələlər üzərində müzakirəyə daxil olmalıdırlar. 

Rusiya prezidenti və Yaponiya baş naziri həmçinin razılığa gəliblər ki, əksəriyyəti münaqişəli Kurill adalarının sakini olan yaponiyalı yaşlı şəxslərə bu adalara getmək icazəsi verilsin. 

İki tərəf bu addımı iki ölkə arasında sülh razılaşmasının imzalanması üçün ilk addım adlandırıb. 

Bu adalar II Dünya Müharibəsi ardınca Rusiyanın hakimiyyətinə keçib. Lakin Yaponiya hələ də mülkiyyət iddiasındadır. 

Rusiya prezidenti Vladimir Putin və Yaponiya baş naziri Şinzo Abe cümə axşamı günü Suriya, Ukrayna və iki ölkə arasındakı münaqişəli adalar kimi məsələlər barəsində fikir mübadiləsi aparıblar. 

Teqlər