FTB MKİ-nin Rusiyaya qarşı ittihamını təsdiqləyib
https://azeri.sahartv.ir/news/dünya-i251417-ftb_mkİ_nin_rusiyaya_qarşı_ittihamını_təsdiqləyib
Amerika Federal Təhqiqat Bürosu Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiyanın Amerika prezident seçkiləri sisteminə qarşı kiber hucumunda əlinin olmasına dair ittihamı təsdiqləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 17, 2016 09:30 Asia/Baku
  • FTB MKİ-nin Rusiyaya qarşı ittihamını təsdiqləyib

Amerika Federal Təhqiqat Bürosu Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiyanın Amerika prezident seçkiləri sisteminə qarşı kiber hucumunda əlinin olmasına dair ittihamı təsdiqləyib.

"USA Today" qəzetinin internet saytının məlumatına görə, Amerika Federal Təhqiqat Bürosu cümə günü Mərkəzi Kəşfiyyat İdarəsinin bu iddiasını təsiqləyərək, bildirib: Rusiya Amerikanın seçilmiş prezidenti Donald Trampı hakimiyyətə gətirmək hədəfilə belə bir hərəkətə əl atıbdır.

ABŞ prezidenti Barak Obama da cümə günü belə xəbərdarlıq edib ki, bu ölkənin seçkilərinin düzgünlüyünü hədəfə alacaq ölkə Vaşinqtonun cavab reaksiyası ilə üzləşəcəkdir.

Kremlin sözçüsü Dmitri Peskov cümə günü Ağ Evin,  Amerika prezident seçkiləri dövründə Rusiyanın Birləşmiş Ştatlara qarşı kiber hücumları barədəki ittihamlarını həqiqətdən uzaq və utandırıcı adlandırıb.

Vaşinqton Rusiya prezidenti Vladimir Putini Amerika prezident seçkiləri sisteminə qarşı kiber hücumuna birbaşa rəhbərlik etməkdə ittiham edir.