Dek 20, 2016 09:39 Asia/Baku
  • Vladimir Putin
    Vladimir Putin

Rusiyanın Ankaradakı səfirinin terror edilərək qətlə yetirilməsindən sonra Rusiya prezidenti Vladimir Putin deyib: Ankarada baş verən terror aktının arxasında duran məsələlər müəyyənləşdirilməlidirlər.

İRNA-nın verdiyi məlumata görə, Putin Tehran, Moskva və Ankaranın Suriyada durumun yaxşılaşmasına çalışdıqlarını vurğulayaraq deyib: Rusiyanın Türkiyədəki səfirinin terror  edilməsi iki ölkə əlaqələrinə zərbə vurmaq məqsədi ilə həyata keçmiş təhrikamiz hərəkətdir. 

Rusiya prezidenti dünən gecə Kremldə Federal Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Agentliyinin rəhbərləri və xarici işlər naziri ilə görüşündə etdiyi çıxışında deyib: Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Türkiyə hökuməti ilə sıx əlaqəyə və Türkiyədə xüsusi hörmətə malik idi.

2013-cü ildən Türkiyədə Rusiyanın səfiri vəzifəsində işləyən Andrey Gennadİyeviç Karlov dünən Ankarada bir foto-sərgiyə baxış keçirərkən silahlı şəxs tərəfindən odlu silhla hədəfə alınaraq qətlə yetirilib.  

Teqlər