Tramp rəsmən Amerikanın 45-ci prezidenti seçildi
-
Tramp rəsmən Amerikanın 45-ci prezidenti seçildi
Amerikada Elektral Kalec mərkəzi Tehran vaxtı ilə bu gün səhər tezdən Trampı rəsmən Amerikanın 45-ci prezidenti seçib.
Tramp elə bir halda bu gün səhər tezdən Amerika prezidenti kimi rəsmən təqdim olunmaq üçün minimum 270 elektral səsi qazanıbdır ki, bu ölkədə keçirilən geniş aksiyaların iştiraçıları onun Ağ Evə girməsinin qarşısının alınmasını istəyirdirlər.
Amerika prezident seçkilərində xalq birbaşa surətdə prezidentliyə namizədləri seçmir. Bunu əslində seçki günündə Elektral Kalec-in 538 üzvü seçir. Elektor adlandırılan bu üzvlər sonrakı etapda xalq tərəfindən səs verir və ABŞ prezidentini seçirlər.
Nəzəri baxımdan prezident seçkilərinin rəsmiləşdirilməsini elektorların iclasının keçirilməsinə saxlayan məsələ budur ki, əslində Elektral Kalec-in üzvləri xalqın səs verdiyi namizəddən kənar bir namizədə səs vermək üçün heç bir qanuni qadağaya malik deyillər. Misal üçün, ola bilsin, bir namizəd xalq səslərini qazanaraq, Kaliforniya ştatında bütün 55 elketral səsi əldə etmiş olsun, amma elektorlar səslərini başqa birisinə vermək qərarına gələ bilərlər.
Əslində dünən Amerika şəhərlərində keçirilmiş aksiyaların hədəfi də elektorları Trampdan kənar bir şəxsə səs verməyə və onun Ağ Evə girişinin qarşısını almağa qane etmək olubdur, lakin bu cəhd uğursuz qalıbdır.