Yüzlərlə nigeriyalı mülki Bokoharam-ın əsirliyindən azad edilib
https://azeri.sahartv.ir/news/dünya-i252581-yüzlərlə_nigeriyalı_mülki_bokoharam_ın_əsirliyindən_azad_edilib
Nigeriya ordusu yüzlərlə sivili Bokoharam qrupunun əsirliyindən xilas edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 23, 2016 08:43 Asia/Baku
  • Yüzlərlə nigeriyalı mülki Bokoharam-ın əsirliyindən azad edilib
    Yüzlərlə nigeriyalı mülki Bokoharam-ın əsirliyindən azad edilib

Nigeriya ordusu yüzlərlə sivili Bokoharam qrupunun əsirliyindən xilas edib.

Frans-Press-in məlumatına görə, Nigeriya ordusu dekabrın 14-dən 21-dək 1880 nigeriyalını Bokoharam qrupunun əsirliyindən xilas edib.

2014-cü ildə 200 qız məktəblini oğurlamış Bokoharam terror qrupunun ən böyük qüdrət mərkəzi 1300 kvadrat kilometrlik əraziyə malik Sambisa meşəsidir.

Afrika qitəsinin ən mühüm və çoxgəlirli ölkələrindən olan Nigeriya daim dünyanın diqqət mərkəzində durubdur. Bu ölkə son illərdə təhlükəsizlik, siyasi və iqtisadi sahələrdə müxtəlif problemlərdən əziyyət çəkir.