İngiltərədən Ərəbistana hərbi təchizatların göndərilməsinin dayandırılması vacibliyi vurğulanıb
İngiltərədə Leyboristlər Partiyasının lideri İngiltərədən Ərəbistana hərbi təchizatların göndərilməsinin dayandırılmasını istəyib.
Press TV-nin məlumatına görə, İngiltərədə Leyboristlər Partiyasının lideri Cermi Korbin bu gün İngiltərənin baş naziri Terzamidən istəyibdir ki, bu ölkə istehsalı olan kasset bombalarından Ali-Səud rejiminin Yəmənə qarşı hücumlarında istifadə edilməsi dəlilinə görə, Ərəbistana hərbi təchizatların göndərilməsini dayandırsın.
Leyboristlər Partiyasının lideri həmçinin İngiltərə ilə Ərəbistan arasındakı hərbi əlaqələrin yenidən nəzərdən keçirilməsini zəruri sayıb.
İngiltərənin müdafiə naziri Maykl Falon da bundan öncə bildirmişdi ki, Ərəbistan Yəmənə qarşı hücumlarında İngiltərə istehsalı olan kasset bombalarından istifadə edibdir.
Kasset bombalarının işlədilməsi 2008-ci ildə qəbul olunmuş bu silahların işlədilməsini qadağan edən konvensiyaya əsasən, qadağandır və indiyədək dünyanın 108 ölkəsi bu konvensiyanı imzalayıbbdır.
İngiltərə hökuməti də onu imzalayanlardan biridir.