Rusiya neft istehsalının azalması üzrə anlaşmaya sadiqdir
Rusiya prezidenti bildirib: Moskva neft istehsalının azaldılması üzrə OPEK təşkilatı qarşısında öz öhdəliklərinə sadiqdir.
İRNA-nın məlumatına görə, Rusiya prezidenti Vladimir Putin bildirib: Bu ölkə Neft İxrac edən Ölkələr Təşkilatı OPEK-in və bu təşkilata üzv olmayan istehsalçıların razılaşması çərçivəsində gələn ilin ilk yarısında gündəlik 300 min barel neftin azaldılması üzrə öhdəlik götürüb.
Rusiya prezidenti xatırladıb: Moskvanın OPEK-lə əməkdaşlığı nəzərdə tutulan məqsədlər əldə olunana qədər davam edəcək və hazırkı zamanda da hiss olunan nəticələr əldə olunmuşdur.
Vladimir Putin həmçinin Rusiya və OPEK-in əməkdaşlığını bu təşkilata üzv ölkələr və qeyri-üzv istehsalçılar üçün faydalı adlandırıb.
OPEK üzvləri gündəlik 1 milyon 200 min barel istehsal səviyyəsinin azaldılması, 2017-ci ilin əvvəlindən və qeyri-üzv ölkələrin əməkdaşlığı ilə şərtlənən 6 ay müddətinə 32 milyon 500 min barelə çatdırılması, öz istehsalını gündəlik 600 min barel azaldılması üzrə razılığa gəliblər.
Mövcud statistikalara əsasən, Rusiya oktyabr ayında gündəlik istehsalını 11 milyon 200 min barelə artıraraq dünyanın ən böyük neft istehsalçısı olmuş və Ərəbistan və Amerikanı geridə qoymuşdur.