Rusiyada radikal qrupların başçısı öldürülüb
https://azeri.sahartv.ir/news/dünya-i252863-rusiyada_radikal_qrupların_başçısı_öldürülüb
Rusiyanın terrorizmə qarşı milli komitəsi Qafqazda Dağıstan Respublikasında radikal qrupların başçısının öldürüldüyünü bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 24, 2016 16:42 Asia/Baku
  • Rusiyada radikal qrupların başçısı öldürülüb

Rusiyanın terrorizmə qarşı milli komitəsi Qafqazda Dağıstan Respublikasında radikal qrupların başçısının öldürüldüyünü bildirib.

İRNA-nın məlumatına görə, Rusiyanın terrorizmə qarşı milli komitəsi şənbə günü bildirib: Federal Təhlükəsizlik Bürosunun məmurları Dağıstan Respublikasının Şamil rayonunda keçirdikləri əməliyyatda iki yaraqlını, o cümlədən radikal qrupların başçısı İbrahim Əmirovu öldürüblər.

İbrahim Əmirov bir neçə polis məmuru və dövlət rəsmisini qətlə yetirməkdə iştirak etməkdə suçlanırdı və onun başçılıq etdiyi qrup iş adamlarından "bac" almaqdan əlavə bir telekommunikasiya qovşağını da partlatmışdı.

Rusiyanın bu bölgəsində vəziyyət İŞİD terrorçularının nüfuzu və terrorçular tərəfindən bir neçə terror aktının törədilməsinə görə gərginləşmişdir.