Britaniyanın Liverpul İslam Mərkəzi yandırılıb
Britaniyanın Liverpul şəhərində yerləşən Əttövhid İslam Mərkəzi təkrar hücuma məruz qalıb.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Britaniya müsəlmanları şurasının baş katibi Miqdad Versi twitter səhifəsində bu xəbəri verib.
Versi yazıb: Liverpulda ifratçı sağçı qrupların fəaliyyəti yayğındır və ötən hücumun amilləri də bu qruplar idilər.
Əttövhid mərkəzinə hücum barədə yayılan fotolar göstərir ki, bu mərkəzdəki Quranlar və digər dini ədəbiyyat yandırılıb.
Liverpulun Əttövhid mərkəzi dəfələrlə irqçi qrupların hücumlarına məruz qalmışdır.
Son aylar ərzində Avropa və Britaniyada müsəlmanlara qarşı hücumların sayı kəskin artıb.
Müsəlmanlara qarşı zorakılıq hallarını qeydə alan " Tell Mama" təşkilatı iyun ayında bildirmişdi ki, 2015-ci ildə müsəlmanlara qarşı hücumlar 3 dəfə artıb.