Rusiya təyyarəsi Qara Dəniz səmasında yoxa çıxıb
https://azeri.sahartv.ir/news/dünya-i252917-rusiya_təyyarəsi_qara_dəniz_səmasında_yoxa_çıxıb
91 hərbçini daşıyan bir Rus təyyarə Qara Dəniz üzərində radardan itib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 25, 2016 07:24 Asia/Baku
  • Rusiya təyyarəsi Qara Dəniz səmasında yoxa çıxıb
    Rusiya təyyarəsi Qara Dəniz səmasında yoxa çıxıb

91 hərbçini daşıyan bir Rus təyyarə Qara Dəniz üzərində radardan itib.

İRNA-nın verdiyi məlumata görə, Rusiya mediyaları bildiriblər ki, Topolov-154 təyyarəsi bu gün səhər Soçi şəhərindən qalxdıqdan bir neçə dəqiqə sonra radardan itib və onunla əlaqə kəsilib. 

İnterfoks xəbər agentliyi bildirib ki, yoxa çıxan təyyarə Rusiyanın Suriyanın Laziqiyyə vilayətindəki hərbi bazasına uçurmuş. 

Həmin məlumatda Rusiyanın fövqəladə hallar rəsmisinə istinadla qeyd olunur ki, Soçudə hava nəqliyyatı mərkəzinin işçiləri sözü gedən təyyarə ilə əlaqə yarada bilmirlər. 

Riyanovosti xəbər agentliyi də bildirib ki, itən təyyarə Rusiyanın Müdafiə Nazirliyinə aiddir.