Augsburq sakinləri partlayış ehtimalına görə evlərini tərk ediblər
Yeni milad ili tətillərinin ilk günündə Almaniyanın Augsburq şəhərinin sakinlərindən 54 min nəfər bomba partlayışı ehtimalı üzündən öz evlərini tərk etməkdədirlər.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, şəhər sakinlərinə zərərsizləşdirilməkdə olan 1.8 tonluq bombaya yaxınlaşmamaq tövsiyə olunub.
Almaniyanın Augsburq şəhərinin sakinlərindən 32 min nəfərin bu gün səhər saat 10-dək evakuasiya edilməsi planlaşdırılmışdı.
Augsburq Əhalisinin beləcə evakuasiya edilməsi ikinci dünya müharibəsindən sonra ilk bu kimi əməliyyat hesab olunur.
2011-ci ildə də Almaniyanın Koblents şəhərində 45 min əhali evakuasiya edilmişdi.
Augsburq şəhərinin əsas hissəsi 1944-cü il 26 fevralda Amerika və Britaniya ordusunun hava hücumları nəticəsində dağıdıldı.