Rusiya təyyarəsinin süqut etməsi hadisəsinin terror aktı olması ehtimalı rədd edildi
-
Rusiya təyyarəsinin süqut etməsi hadisəsinin terror aktı olması ehtimalı rədd edildi
Rusiya Federasiya Şurasının müdafiə məsələləri komitəsinin sədri bu ölkə təyyarəsinin süqut etməsinin bir terror aktı olması ehtimalını rədd edib.
Rusiyaya məxsus bir ədəd TU-154 təyyarəsi bazar günü Soçidən havaya qalxdıqdan bir neçə dəqiqə sonra lokatorların səhifəsindən yoxa çıxıb. Təyyarə Qara dənizin sahilindən 1500 metr aralıda suya düşüb.
İTAR TASS-ın verdiyi məlumata görə, Viktor Ozrov deyib: Bu hərbi təyyarənin texniki nasazlıq və ya insan səhlənkarlığı üzündən süqut etdiyi ehtimal olunur.
Rusiya prezidenti Vladimir Putin isə baş nazir Dmitri Medvedyevə hadisənin səbəblərini araşdırmaq üzrə xüsusi bir komissiyanın yaradılması barədə göstəriş verib.
Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkovun dediyinə görə, müdafiə nazirinin müavini Pavel Papovun başçılıq etdiyi Müdafiə Nazirliyinin heyəti Soçi şəhərinin ətrafında yerləşən Adler məntəqəsinə səfər edib.